İlon Maskın sui-qəsd zarafatı ABŞ-da çaşqınlıq yaradıb


ABŞ Gizli Xidməti İlon Maskın sosial mediada paylaşdığı "Heç kim Co Bayden və ya Kamala Harrisi öldürməyə çalışmır" dediyi paylaşımdan xəbərdar olduğunu açıqlayıb. Mask daha sonra bu postu silib və zarafat etdiyini bildirib.



Sözügedən yazı ABŞ-ın keçmiş prezidenti Donald Trampa Floridadakı qolf meydançasında sui-qəsddən bir neçə saat sonra X platformasında qeyd edilib.

Mask Trampa yaxın ad kimi tanınır və Tramp ikinci dəfə prezident seçiləcəyi təqdirdə Maskı hökumətin səmərəliliyi komissiyasına rəhbər təyin edəcəyinə söz verib.

Yazı ilə birlikdə istifadə etdiyi emoji ilə diqqət çəkən Maskın paylaşımı bir çox X istifadəçisi tərəfindən tənqid edilib.

Bəzi istifadəçilər bu yazıda ABŞ prezidenti və vitse-prezidentinə qarşı təxribat elementi olduğunu iddia ediblər.

Ağ Ev Maskın bəyanatını pisləyib və "Belə ritorika məsuliyyətsizlikdir. Şiddəti heç vaxt təşviq etmək və ya zarafat etmək olmaz" qeyd edib. Vurğulanıb ki, ölkənin heç bir yerində siyasi zorakılığa yer olmamalıdır.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu