İlon Mask Harrisə qarşı sui-qəsd cəhdinin olmaması ilə bağlı paylaşımı sildi
Amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində ABŞ prezidentliyinə namizəd Kamala Harrisə sui-qəsd cəhdinin olmaması ilə bağlı tənqidi yazısını silib və bu paylaşımı zarafat adlandırıb.
Bu barədə "The Hill" məlumat yayıb.
Qeyd edək ki, Mask günün əvvəlində X-də "Heç kim Bayden və ya Harrisə sui-qəsd etməyə cəhd etmir" başlıqlı status yazıb.