Mask Bayden və Harrisə qarşı sui-qəsd cəhdinin olmamasına diqqət çəkib


Heç kim ABŞ prezidenti və vitse-prezidenti - Co Bayden və Kamala Harrisə sui-qəsd etməyə cəhd etmir, halbuki ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına artıq iki dəfə sui-qəsd cəhdi edilib.


AFN.az xəbər verir ki, bunu milyarder İlon Mask deyib. O, bu haqda öz X səhifəsində istifadəçilərdən birinin "Niyə Trampı öldürməyə çalışırlar?" sualına cavab olaraq yazıb.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Yarış əsasən iki namizəd - keçmiş preziden Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris arasında baş tutacaq. Kampaniya başlayandan bəri artıq iki dəfə Donald Trampa qarşı sui-qəsd cəhdi olub. Birincidə namizəd qulağından yaralansa da, ikincidə insident heç bir xəsarətsiz ötüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu