Trampa qarşı yenidən sui-qəsd cəhdi olub


ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı yeni sui-qəsd edilib.


AFN.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor-Qrin məlumat verib.

Onun sözlərinə görə, Donald Trampın qaldığı yerin yaxınlığında atışma baş verib.

“The New York Post”un yazdığına görə, atışma Florida ştatının Palm-Biç şəhərindəki qolf klubunun yaxınlığında, Tramp oradan çıxarkən baş verib. Atışma iki nəfər tərəfindən həyata keçirilib, onlar bir-birini nişan alıblar, atəş açanların hədəfi siyasətçi olmayıb.

ABŞ Məxfi Xidməti açıqlama verərək insidenti araşdırdığını və Trampın həyatına təhlükə olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu