Kolumbiyada polis bölməsinə bombalı hücumda 1 nəfər ölüb 6 nəfər yaralanıb



Kolumbiyanın cənubundakı Kauka inzibati bölgəsində polis bölməsinə təşkil edilən bombalı hücum nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

AFN.az xəbər verir ki, milli mətbuatda yayılan məlumata görə, Kaukaya bağlı El Estreço qəsəbəsindəki polis bölməsini hədəf alan güclü partlayış baş verib.

Hücum nəticəsində 1 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 6 nəfər yaralanıb.

Partlayış ətrafdakı evlərə, iş yerlərinə və təhlükəsizlik qüvvələrinə məxsus binalara ciddi ziyan vurub.

Hücumdan sonra bölgədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

Partlayışdan sonra təhlükəsizlik səbəbindən avtomobil yolunun müvafiq hissəsi hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Yolun bağlanması bölgədə logistika və ticarət fəaliyyətində fasilələrə səbəb olub.

Bölgədə narkotik qaçaqmalçılığı və qanunsuz mədənçilik marşrutlarına nəzarət etmək istəyən qanunsuz qruplar tez-tez təhlükəsizlik qüvvələrini və infrastrukturu hədəf alırlar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu