Pakistanda bombalı hücum nəticəsində 3 polis ölüb, 19-u yaralanıb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində bombalı hücum nəticəsində 3 polis əməkdaşı ölüb, 19 nəfər yaralanıb.
Regional hökumət rəsmisi Şahid Rind bildirib ki, Bəlucistan əyalətinin Məstuk rayonunda bombalı hücum baş verib.
Təhlükəsizlik işçilərini daşıyan avtomobilə pusquya salınaraq həyata keçirilən hücumda 3 polis məmuru ölüb, 19 nəfər yaralanıb.
Pakistanın baş naziri Şahbaz Şərif hücumu pisləyib və terrorla mübarizəni davam etdirəcəklərini vurğulayıb.
Milli mediada hücumun Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən həyata keçirilə biləcəyi iddia edilib.
Bu arada yerli polis bildirib ki, silahlı şəxslər Hayber Paxtunxva əyalətinin Dera İslamil Xan bölgəsində iki poliomielit mütəxəssisini oğurlayıblar.