Pakistanda baş verən qarşıdurmada 6 təhlükəsizlik işçisi həyatını itirib


Pakistanın Hayber Paxtunxva və Bəlucistan əyalətlərində baş verən qarşıdurmada 6 təhlükəsizlik əməkdaşı həyatını itirib, 12 silahlı isə zərərsizləşdirilib.


"Dawn" qəzetinin məlumatına görə, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentindən (ISPR) verilən açıqlamada, dünən keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurmada 8 yaraqlının öldürüldüyü bildirilib.

Bəyanatda həmçinin Şimali Vəziristan bölgəsində dünən başlayan digər qarşıdurmada daha 2 yaraqlının zərərsizləşdirildiyi bildirilib.

Təhlükəsizlik qüvvələrinin Bəlucistan əyalətinin Pəncqur bölgəsində həyata keçirdiyi digər əməliyyatda silahlılarla qarşıdurma yarandığı, qarşıdurmada 2 yaraqlının öldürüldüyü bildirilib.

Pakistan rəsmiləri tərəfindən verilən başqa bir açıqlamada, Hayber Paxtunxva əyalətinin Lakki Marvat bölgəsində silahlı şəxslərin polis maşınına atəş açması nəticəsində 3, minanın partlaması nəticəsində isə 1 mühafizəçinin həlak olduğu bildirilib.

Baş nazir Şahbaz Şərif açıqlamasında Lakki Mərvətdə polis məmurlarına edilən hücumları pisləyib.

Polisdən verilən məlumata görə, Hayber Paxtunxva əyalətinin Bajaur bölgəsində uzaqdan idarə olunan kustar partlayıcının partlaması nəticəsində 1 polisin həyatını itirdiyi bildirilib.

Polis həmçinin Bəlucistanın Dera Buqti bölgəsində minanın partlaması nəticəsində 1 mühafizəçinin öldüyünü açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu