Pakistanda konvoya hücum nəticəsində 2 əsgər həyatını itirib


Pakistanın Hayber Paxtunxva əyalətində hərbi konvoyun keçidi zamanı yol kənarına qoyulmuş partlayıcının partlaması nəticəsində 2 əsgər həyatını itirib, 15 əsgər isə yaralanıb.



Dera İsmayıl Xan Polis Bomba Zərərsiz Bölmə Başçısı İnayət Ullah verdiyi açıqlamada təhlükəsizlik qüvvələrinə qarşı hücumun Dera İsmayıl Xan bölgəsində həyata keçirildiyini bildirib.

Ullah partlayışda 2 əsgərin həyatını itirdiyini, 15 əsgərin isə yaralandığını açıqlayıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində son vaxtlar silahlıların hücumları artıb.

İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Taliban administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini bildirib.

Əfqanıstan isə Pakistanın iddialarını rədd edir və onların ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu