Pakistanda hərbi konvoya hücum: 6 nəfər öldü


Pakistanın Hayber Paxtunxva əyalətində hərbi konvoya hücum olub. Hadisə nəticəsində 6 əsgərin həyatını itirdiyi, qarşıdurmada 4 yaraqlının zərərsizləşdirildiyi açıqlanıb.


Pakistan ordusundan verilən açıqlamada ölkənin Əfqanıstanla sərhədində yerləşən Cənubi Vəziristan bölgəsində hərbi konvoya hücum edildiyi bildirilib.

Baş verən qarşıdurmada 4 silahlı öldürülüb, 2 yaraqlı isə yaralanıb.

Hücum edənlərin tutulması üçün bölgədə əməliyyat başladılıb.

Hücuma görə məsuliyyəti Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) öz üzərinə götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu