Pakistanda silahlıların hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub


Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.



Milli mətbuatda yer alan xəbərlərə görə, silahlılar gecə saatlarında Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində polis məntəqəsinə əl qumbaraları və ağır silahlarla hücum ediblər. Hücumda 10 polis məmuru həyatını itirib, 6 polis əməkdaşı yaralanıb.

Gecənin qaranlığından istifadə edərək qaçan silahlıların tapılması üçün əməliyyat başladılıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, son zamanlar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində silahlıların hücumları artıb.

İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Taliban administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edib.

Əfqanıstan isə Pakistanın iddialarını rədd edib və onların ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu