Pakistanda seçki rəsmilərinə silahlı hücum nəticəsində bir polis məmuru ölüb


Pakistanın Hayber Paxtunxva əyalətində seçki məmurlarına silahlı hücum nəticəsində bir polis məmuru həyatını itirib.



Polis rəsmiləri bildiriblər ki, Hayber Paxtunxva əyalətinin Tank bölgəsinin Kot Azam rayonunda naməlum şəxslər seçki rəsmilərinə silahlı hücum ediblər.

Hücum zamanı bir polis məmuru ölüb və Kot Azamda səsvermə müvəqqəti olaraq dayandırılıb.

Tank bölgəsi Əfqanıstanla qonşu Cənubi Vəziristanla həmsərhəddir.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç tam təhlükəsizliyi təmin etmək üçün seçki günü İran və Əfqanıstan sərhədlərinin bağlı olacağını açıqlayıb.

Pakistanda Milli Məclis və əyalət məclisləri seçkiləri üçün səsvermə bu gün yerli vaxtla saat 08.00-da başlayıb və saat 17.00-da başa çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu