ABŞ-da Trampa sui-qəsd cəhdini araşdırmaq üçün komissiya yaradılacaq
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd cəhdini araşdırmaq üçün komissiya yaradılacaq.
Mayk Conson ölkəni sarsıdan sui-qəsd cəhdini araşdırmaq üçün tez hərəkətə keçəcəklərini deyib.
Önümüzdəki həftə parlamentdə işə başlayacaqlarını ifadə edən Conson, "Bir komissiya quracağam. Bunu etməyimizin səbəbi bu həssas hücumla bağlı araşdırmaların daha sürətli getməsidir" - deyə qeyd edib.
Sözügedən komissiyanın çağırış səlahiyyətinə sahib olacağına və hər iki partiyanın üzvlərindən ibarət olacağına diqqət çəkən Conson deyib: "Amerika xalqının layiq olduğu cavabları ala bilməsi və bu məsələnin dərinliyinə varması üçün komissiya Respublikaçılar və Demokratlardan ibarət olacaq".
Trampa qarşı sui-qəsdin qarşısını ala bilmədiyi üçün ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitlin də istefa verməsi lazım olduğunu bildirən Conson, bu uğursuzluğun bağışlanmaz olduğunu qeyd edib.