Bayden Trampa sui-qəsd cəhdindən sonra “siyasətdə gərginliyi azaltmağa” çağırıb


ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampa qarşı sui-qəsddən sonra ilk seçki kampaniyası çıxışında “siyasətdə gərginliyi azaltmağa” çağırıb.


Bayden dünən Las-Veqasda Rəngli İnsanların İnkişafı üzrə Milli Assosiasiyanın (NAACP) konqresində çıxış edib: "Bizim zorakılıqla bağlı siyasətimizi deeskalasiya etmək məcburiyyətində olmağımız o demək deyil ki, biz həqiqəti söyləməyi dayandırmalıyıq".

Trampa qarşı sui-qəsd cəhdini xatırladan Bayden keçmiş prezidentin ciddi xəsarət almamasından məmnunluğunu ifadə edərək, ona və ailəsinə dualar göndərib.

Ölkə siyasətinin qızışdığına diqqət çəkən Bayden, "Oval Ofisdə açıq şəkildə ifadə etdiyim kimi, prezidentliyim boyunca hamımızın bir gərginliyi azaltmaq və hər cür zorakılığı qınamaq məsuliyyəti var" - deyə qeyd edib.

“Siyasətdə yumşalma” çağırışı edən prezident Bayden çıxışını Tramp üzərində quraraq davam etdirib. O, bildirib ki, keçmiş prezidentin səlahiyyət müddəti qaradərili amerikalılar üçün “cəhənnəm” olub və onu milyonlarla qaradərili amerikalını sağlamlıq sığortasından məhrum qoymaqda günahlandırıb.

Zorakılığın həll yolu olmadığını təkrarlayan Bayden, Corc Floyd kimi qaradərili amerikalılara qarşı edilənlər də daxil olmaqla, hər cür zorakılığa qarşı olduğunu vurğulayaraq, "Amerikada güllə yaralarından daha çox uşaq ölür. Bu, çox təəccüblüdür" - deyə qeyd edib.

"Amerikada zorakılığa qarşı durmaq istəyirsinizsə, o zaman bu müharibə silahlarını Amerika küçələrindən yığışdırmaqda mənə qoşulun. Trampın vurulmasında AR-15 istifadə edilib. Onları qadağan etməyin vaxtıdır", - Bayden deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu