Jill Bayden Trampı qadınlar üçün təhlükə adlandırıb


ABŞ-ın birinci xanımı Jill Bayden keçmiş prezident Donald Trampın qadınlara münasibətini tənqid edib.



Onun sözlərini martın 1-də "The Hill" nəşri sitat gətirib.

“O, bütün həyatını bizi alçaltmağa və varlığımızı dəyərsizləşdirməyə sərf etdi. O, qadınların bədənlərini ələ salır, nailiyyətlərimizə hörmətsizlik edir və hücumla öyünür" deyə Jill Bayden qeyd edib.

O, qadın seçiciləri səfərbər etmək məqsədi daşıyan “Qadınlar Bayden naminə” kampaniyasına başlayıb. Bayden həmçinin əlavə edib ki, Tramp qadınlar və ailələr üçün təhlükədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu