Bayden Trampın NATO ilə bağlı sözlərinə reaksiya verib


ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampın NATO ilə bağlı sözlərinə reaksiya verib.



ABŞ prezidenti Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında həm Ukrayna paketinə dəstək istəyib, həm də Trampı tənqid edib.

Bayden Senat tərəfindən qəbul edilən, Ukrayna və İsrailə əlavə hərbi yardım nəzərdə tutan 95 milyard dollarlıq paketin Nümayəndələr Palatasında dərhal təsdiqlənməsini istəyib.

NATO və Rusiya ilə bağlı son sözləri mübahisə mövzusu olan Trampa sərt sözlər deyən Bayden, "Tramp Putinə NATO-dakı bəzi müttəfiqlərimizi işğal etmək üçün dəvət göndərir. Bunu ABŞ-ın keçmiş prezidentinin dediyini təsəvvür edirsinizmi? Bunu bütün dünya eşitdi. Ən pisi odur ki, bunu qəsdən deyib." deyə qeyd edib.

ABŞ tarixində heç bir prezidentin Rusiya qarşısında boyun əymədiyini vurğulayan Bayden Tramp haqqında belə deyib: "İcazə verin bunu mümkün qədər açıq deyim. Allah xatirinə, bu axmaqlıqdır, bu çirkindir, bu təhlükəlidir və Amerikanın yolu deyil".

NATO-nun azadlıq, təhlükəsizlik və milli suverenlik prinsipləri üzərində qurulduğunu xatırladan Bayden, Trampın heç vaxt bu prinsiplərə əhəmiyyət vermədiyini və bunun yanlış olduğunu bildirib.

Bayden, "NATO müqəddəs bir öhdəlikdir. Donald Tramp bunu bir yük kimi görür. NATO-ya baxanda Amerikanı və dünyanı qoruyan bir ittifaq görmür" ifadələrini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu