Tramp Baydeni Əfqanıstanı tərk edərkən verdiyi itkilərə görə tənqid edib


ABŞ-ın indiki prezidenti Co Bayden və keçmiş prezidenti Donald Tramp arasında qalmaqal böyüyür. Trampın barəsində başlayan məhkəmə prosesi münasibətlərin daha da gərginləşməsinə səbəb olub. Vəziyyət o həddə çatıb ki, sabiq prezident növbəti dəfə Co Baydeni "axmaq" adlandırıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, Baydeni 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan tələsik çıxarılmasına görə məsuliyyəti öz üzərindən atmağa çalışmaqda ittiham edib və bunu “bacarmadığı üçün təslim olmaq” kimi qiymətləndirib. “Ölkəmizi sistemli şəkildə məhv edən bu axmaqlar, ən böyük axmaq, ümidsiz Co Bayden başda olmaqla, yeni bir dezinformasiya oyunu qurublar. Bunlar Əfqanıstanı səriştəsiz şəkildə təslim etməkdə Trampı günahlandırmağa çalışırlar. Mən hamı ilə birlikdə bu fəlakətin necə baş verdiyini izlədim", – deə Tramp özünün sosial şəbəkə hesabından bəyan edib.

Tramp həmçinin Baydeni Əfqanıstandan ilk dəfə mülki əhalinin deyil, hərbçilərin təxliyə edilməsinə göstəriş verməkdə və bununla da 85 milyard dollar dəyərində silah və hərbi texnikanın “Taliban”ın əlinə keçməsinə şərait yaratmaqda ittiham edib: "Bütün bunlarda və Amerika əsgərlərinin öldürülməsinə görə Bayden günahkardır, başqa heç kim!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu