Tramp Bayden dövründə III Dünya Müharibəsi təhlükəsinin olduğunu deyib


ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, Amerikanın hazırkı lideri Co Bayden prezident seçkilərindən əvvəl III Dünya Müharibəsini başlada və ABŞ-ı məhv edə bilər.


Bu barədə "RİA Novosti" məlumat yayıb.

“Seçkilərə yaxın olsaq da, kifayət qədər yaxın deyilik... On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər”, - deyə siyasətçi bildirib.

Trampın sözlərinə görə, o, Ukrayna və Yaxın Şərqdə münaqişələrə imkan verməyəcək. O, həmçinin qeyd edib ki, Koreya yarımadasındakı vəziyyəti nəzarətdə saxlayacaq, çünki Baydendən fərqli olaraq, dünya liderləri ilə necə anlaşacağını bilir.

Tramp özünü ABŞ-ı xilas edə biləcək yeganə namizəd adlandırıb. “Mən sizin prezidentiniz olsam, üçüncü dünya müharibəsi etməyəcəyik” - deyə siyasətçi vurğulayıb.

Bayden bir müddət əvvəl Donald Trampın prezident seçkilərində qalib gəlməsinin ABŞ üçün bir çox təhlükələr yaratdığını bildirmişdi. Ağ Evin hazırkı rəhbəri hesab edir ki, Tramp ilk növbədə Amerika demokratiyasını təhdid edir.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu