Tramp ABŞ-ın üçüncü dünya müharibəsinə həmişəkindən daha yaxın olduğunu hesab edib
Ölkəni səriştəsiz insanlarla təmsil etdiyinə görə ABŞ indi III Dünya Müharibəsinə öz tarixində heç vaxt olmadığı qədər yaxındır.
Bu barədə çərşənbə günü Floridada çıxış edən ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.
Hazırkı Amerika lideri Co Bayden haqqında danışan Tramp, ABŞ-ın heç vaxt III Dünya Müharibəsinə bu qədər yaxın olmadığını vurğulayı: "Bu proqnoz deyil, çünki mən heç vaxt belə bir proqnoz verməzdim. Demək dəhşətlidir, amma biz heç vaxt üçüncü dünya müharibəsinə bu qədər yaxın olmamışıq. Bircə səbəb var - bizim yerimizdən səriştəsiz insanlar danışır”.
Respublikaçı hesab edir ki, əsas vəzifə Amerikanın təhlükəsizliyini təmin etməkdir.
Trampın sözlərinə görə, Baydenin dövründə ABŞ dünyanın zibilxanasına çevrilib.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan edib.