Tramp Baydeni Ukrayna şirkətindən rüşvət almaqda ittiham edib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Cersidə tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, ölkənin hazırkı prezidenti Co Bayden vitse-prezident vəzifəsində çalışarkən Ukraynanın enerji şirkətindən rüşvət alıb.
Eks-prezidentin sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlar “diqqəti real casusluqdan və real cinayətlərdən yayındırmaq” cəhdidir.
"Gəlin razılaşaq və ona qarşı ittiham irəli sürək ki, heç kim 5 milyon dollar rüşvətdən danışmasın”, - deyə o əlavə edib.
Daha əvvəl ABŞ senatoru Çak Qrassli bildirib ki, Federal Təhqiqatlar Bürosunda (FTB) Baydenin Ukraynanın enerji şirkəti Burisma Holdings-dən rüşvət almaqda iştirakı ilə bağlı sübutlar var. Lakin FTB onları “göstərmir”.
"Unutmayın, onlar Baydenin Ukraynadakı korrupsiya əlaqələri ilə bağlı sadə bir suala görə mənə impiçment elan etdilər və indi haqlı olduğum aydın oldu", deyə Bayden vurğulayıb.
Keçmiş Amerika lideri əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti və radikal solçular "xaricdən rüşvət ala və tam himayə altında qala bilərlər”.
Bayden bir müddət əvvəl ABŞ Respublikaçılar Partiyasının onun korrupsiyada əli olması ilə bağlı iddialarının cəfəngiyyat olduğunu bildirmişdi.
Bundan əvvəl FTB direktoru Kristofer Rey də Co Baydenin vitse-prezident olduğu dövrdə cinayətkar rüşvət sxemində iştirakını təsdiq edən sənədlərin (forma FD-1023) mövcudluğunu təsdiqləyib.