Tramp immiqrantların “ideoloji müayinəsi”ni keçirməyi planlaşdırır
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində yenidən seçiləcəyi təqdirdə səyahət qadağalarını yenidən tətbiq edəcəyini və mühacirlərə qarşı “ideoloji yoxlamalar” aparacağını açıqlayıb.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası üçün getdiyi Nyu-Hempşirdə etdiyi çıxışda “Bütün mühacirləri güclü ideoloji yoxlama aparacağam” ifadələrini işlədib.
ABŞ prezidenti Co Baydenin hakimiyyəti dövründə milyonlarla qeyri-qanuni immiqrantın ABŞ-a daxil olduğunu iddia edən Tramp bu mühacirləri deportasiya etmək planını da təkrarlayıb.
Əgər Amerikaya nifrət edirsinizsə, İsraili məhv etmək istəyirsinizsə, bir çoxlarının bəyənmədiyi dinimizi bəyənmirsinizsə, cihadçılara rəğbət bəsləyirsinizsə, o zaman biz sizi ölkəmizdə istəmirik”, - deyə Tramp bildirib.
Baydeni “bacarıqsızlıqda” günahlandıran Tramp İsrail və Fələstin arasındakı münaqişələrə işarə edərək, Yaxın Şərqdəki hazırkı qarışıqlığa görə Baydenin məsuliyyət daşıdığını vurğulayıb.