Tramp girov riskinə qarşı 175 milyon dollar zəmanət ödədi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp daşınmaz əmlak sənayesində fırıldaqçılıq ittihamı ilə mühakimə olunduğu 454 milyon dollarlıq iddiada aktivlərinə həbs qoyulmasının qarşısını almaq üçün tələb olunan 175 milyon dollar zəmanəti ödəyib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühakimə olunduğu daşınmaz əmlak işində girov riskinə qarşı 175 milyon dollar zəmanət ödəyib.
Müvafiq olaraq, sözügedən işdə Tramp 175 milyon dollar zəmanət ödəməklə aktivlərinin müsadirə olunma riskini aradan qaldırıb.
Məhkəmə işin Trampın xeyrinə yekunlaşacağı təqdirdə 175 milyon dollar zəmanətin geri qaytarılacağını açıqlayıb.
Trampın vəkillərindən Alina Habba, "Prezident Tramp vəd etdiyi kimi ödəniş etdi. O, bu ədalətsiz qərarın etibarsız sayılmasını və apellyasiya şikayətində hüquqlarını müdafiə etməyi səbirsizliklə gözləyir" deyə açıqlama verib.