Tramp Nyu-Yorkda daşınmaz əmlak fırıldaqçılığı işində ifadə verib


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu Yorkda davam edən məhkəmə iclasında illər boyu daşınmaz əmlak sənayesində bir çox insan və qurumu aldatdığı ittihamı ilə bağlı ifadə verib.



Tramp Manhettendə əyalət Ali Məhkəməsində keçirilən dinləmə üçün səhər saatlarında məhkəmə zalında öz yerini tutub.

Açıqlamasında ona qarşı irəli sürülən ittihamları təkzib edən, aktivlərini və şirkətlərini müdafiə edən Tramp bu işi “cadugər ovu” kimi qiymətləndirib.

Tramp bu işi və Nyu York Baş prokuroru Letitia Ceymsi tənqid edərək, "Mən maliyyə hesabatlarındakı ifadələrdən milyardlarla dollar daha varlıyam. Bu, burada baş verən korrupsiyanın tam əksidir. Yəqin ki, burada məni siyasi səbəblərə görə incitməyə çalışırsınız” ifadələrini işlədib.

İşin hakimi Artur Enqoron alaqəsiz və uzun cavablar verdiyini əsas gətirərək Trampa xəbərdarlıq edib.

Təxminən 4 saat ifadə verən Tramp baş prokurorun müavini Kevin Uollesin şirkətinin maliyyə hesabatlarında korrupsiya olmadığına dair suallarını müdafiə edib və ona qarşı işin siyasi motivlərlə açıldığını təkrarlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu