ABŞ məhkəməsi: "Tramp bankları və sığortaçıları aldadıb"


ABŞ məhkəməsi keçmiş prezident Donald Trampın daşınmaz əmlak imperiyasını qurduğu illərdə bir çox insanı və qurumu aldatdığına qərar verib.


Nyu-Yorkun baş prokuroru Letitia James tərəfindən qaldırılan mülki iddiada hakim Artur Enqoron keçmiş prezident və onun “Tramp Təşkilatı”nın sövdələşmələrdə və maliyyə sənədlərində aktivlərini həddindən artıq qiymətləndirərək, onun xalis sərvətini şişirdərək bankları, sığortaçıları və başqalarını aldatdığına qərar verib.

Engoron 35 səhifəlik qərarında Trampın və şirkətin və onun rəhbərlərinin illik maliyyə vəziyyətləri barədə daim yalan danışaraq əlverişli kreditlər və aşağı sığorta haqları əldə etdiklərini bildirib.

Bu taktikaların həddi aşdığını və qanunu pozduğunu qeyd edən Enqoron, Trampın Nyu-Yorkda iş görməsini çətinləşdirmək üçün bəzi biznes lisenziyalarının ləğv edilməsini yönləndirib və şirkətin fəaliyyətinin müstəqil bir müşahidəçi tərəfindən yoxlanılacağını bildirib.

Hakim Engoron verdiyi qərarla Baş prokuror Ceymsin iddiasındakı ittihamların ən mühümü ilə bağlı qərar çıxarsa da, iddianamədəki digər 6 ittihama isə oktyabrın 2-də başlanacaq andlı olmayan məhkəmədə qərar veriləcək. Qeyd edilir ki, məhkəmə dekabr ayına qədər uzana bilər.

Baş prokuror Ceyms Trampın üç ən böyük övladının və şirkətinin sərvətini 3,6 milyard dollar çox göstərdiyi iddia edilən ittihamnamədə hakimdən Tramp və uşaqlarının Nyu-Yorkda yenidən şirkət qurmasına və kommersiya daşınmaz əmlakı almasına 5 il qadağa qoyulmasını, habelə 250 milyon ABŞ dolları məbləğində cərimələnməsini tələb edib.

Letitia James daha əvvəl Trampı xeyriyyəçiliyindən siyasi və biznes maraqları üçün istifadə etdiyinə görə məhkəməyə vermişdi.Təqsirli bilinən keçmiş ABŞ prezidenti Tramp bir sıra xeyriyyə təşkilatlarına cəza olaraq 2 milyon dollar ödəməyə məhkum edilmişdi və Tramp Fondu bağlanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu