Tramp daşınmaz əmlak sektorunda ona qarşı açılan “fırıldaq işi”nə görə məhkəməyə gəlib


Manhetten məhkəməsindəki iclasa könüllü gələn Tramp binanın girişində mətbuata açıqlama verib.


Tramp ona və şirkətlərinə qarşı irəli sürülən dələduzluq ittihamlarını “bütün zamanların ən böyük ifritə ovunun davamı” kimi xarakterizə edərək işi açan Nyu York Baş prokuroru Letitia Jamesin üzərinə atıb.

Ceymsin özü haqqında heç bir məlumatı olmadan onu tutmağa çalışdığını iddia edən Tramp, "O, qubernatorluğuna namizəd olmaq üçün bundan istifadə edib. Qubernatorluğa namizəd olmaq cəhdində uğursuzluğa düçar oldu. Demək olar ki, izləyicisi yox idi" ifadələrini işlədib.

Tramp bu işin "aldatmaca və saxtakarlıq" olduğunu və maliyyə qeydlərinin "fövqəladə" olduğunu iddia edərək, "Heç bir bank təsirlənmədi, heç bir bank zərər görmədi" sözlərini işlədib.

Məhkəmənin girişindəki ifadəsində Ceyms keçmiş prezident olsa belə ölkədə heç kimin qanundan üstün olmadığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu