Tramp cərimə ödəmək üçün ayaqqabılarını satmalıdır
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda cərimə ödəmək üçün öz brendinin bir milyon cüt ayaqqabısını satmalıdır.
Bu barədə Newsweek yazıb.
Nəşr Nyu-Yorkun hakimi Artur Enqoronun Trampa 355 milyon dollar cərimə ödəməsi və ştatda 3 il müddətinə biznes fəaliyyətinin qadağan edilməsi barədə qərarını şərh edib. Jurnalistlər məbləği biznesmenin özünün “Never Surrender High-Tops” markalı ayaqqabısının qiymətləri ilə müqayisə edərək, o, ən bahalı variantın 889 min cütünü və ya daha ucuz variantın 1,7 milyon cütünü satmalı olduğu qənaətinə gəliblər.
Newsweek həmçinin ştatın vəkili Letitia James-ə istinadla yazıb ki, Trump cərimənin faizi ilə birlikdə 450 milyon dollar ödəyəcək. Qeyd olunur ki, bunun üçün iş adamı təxminən 2,26 milyon cüt idman ayaqqabısı satmalı olacaq.
Fevralın 16-da Nyu-York məhkəməsi Trampı dələduzluqda təqsirli bilib və ona 355 milyon dollar cərimə ödəməyə məcbur edib. Trampın iki oğlu Donald və Erik də təqsirli bilinərək 4 milyon dollar ödəməyə məhkum edilib.