Trampın daşınmaz əmlak işində cərimə məbləği 175 milyon dollara endirilib


ABŞ-ın keçmiş prezidenti Donald Trampın daşınmaz əmlak sektorunda fırıldaqçılıq ittihamı ilə mühakimə olunduğu iş nəticəsində 454 milyon dollar olan ümumi cəriməsi 175 milyon dollara endirilib.



Nyu-York Apellyasiya Məhkəməsi Trampın daşınmaz əmlakla bağlı fırıldaqçılıq işində bu gün ödəməli olduğu məbləği 454 milyon dollardan 175 milyon dollara endirib və ödəniş üçün əlavə 10 gün vaxt verib.

Apellyasiya Məhkəməsinin 5 hakimdən ibarət kollegiyasının verdiyi qərar ABŞ mediasında keçmiş ABŞ prezidenti üçün “çox vacib və gözlənilməz qələbə” kimi qiymətləndirilib.

Əgər azalma qərarı verilməsə Tramp bank hesablarındakı pullarına və bəzi mühüm daşınmaz əmlaklarına nəzarəti itirmək riski ilə üzləşəcəkdi.

Nyu Yorkdakı aşağı instansiya məhkəməsinin qərarına görə, Tramp bu gün 454 milyon dollarlıq cəriməni ödəmək və təxminən 557 milyon dollar girov təmin etmək üçün istiqraz şirkətləri ilə veksel imzalamalı olacaqdı.

Apellyasiya Məhkəməsinin bu qərarı o deməkdir ki, Donald Tramp apellyasiya şikayətini davam etdirərkən onun aktivlərinə həbs qoyulması riskini aradan qaldırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu