Tramp Baydeni ABŞ-ın mühüm sirrini açmaqda ittiham edir
ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində daha əvvəl Pentaqonun artilleriya sursatlarının çatışmazlığını elan edən hazırkı dövlət başçısı Co Baydeni tənqid edib.
Onun sözlərinə görə, hazırda nüvə silahından istifadə risklərinə görə ABŞ tarixində “ən təhlükəli dövrdür” və prezident postunu “nə etdiyini başa düşməyən” adam tutur.
“Ayağa qalxıb dünyaya silahlarımızın bitdiyini deyən adam” - deyə Tramp Baydeni xarakterizə edib. O, iddia edir ki, səlahiyyət müddətinin sonunda ABŞ-dakı hərbi anbarlar ağızına qədər dolub.
“Hər şeyi verdinsə, bu, dəhşətlidir. Bundan daha pis ola biləcək yeganə şey, bu barədə bütün dünyaya danışmaqdır" - deyə Ağ Evin keçmiş rəhbəri davam edib. O, Baydenin Çinə və digər düşmən ölkələrə ABŞ-ın silah-sursatının bitdiyini söylədiyini diqqətə çatdırıb.
"Sən necə axmaq ola bilərsən ki, belə bir şey deyirsən?" - dyə Tramp əlavə edib.