Bayden ilk mitinqində Trampı hədəf aldı


ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün Pensilvaniya ştatında kampaniyaya başlayan prezident Co Bayden ilk çıxışında keçmiş prezident Donald Trampı "Amerika demokratiyası üçün böyük təhlükə" adlandırıb.



ABŞ prezidenti Bayden 6 yanvar 2021-ci ildə Konqres basqınının 3-cü ildönümü və seçki kampaniyasının başlanması ilə əlaqədar Pensilvaniyanın Valley Forge bölgəsində keçirilən tədbirdə çıxış edib.

Trampı sərt sözlərlə hədəfə alan Bayden, bu ilki seçkilərdə rəqibi olacağı gözlənilən ABŞ-ın keçmiş prezidentini “Amerika demokratiyası üçün böyük təhlükə” adlandırıb.

Bayden çıxışında 6 Yanvar Konqresi basqınının keçirildiyi günü “Həmin gün demək olar ki, Amerikanı tamamilə itirdik” kimi təsvir edib.

Bu il keçiriləcək prezident seçkilərinin demokratiya üçün bir sınaq olacağını vurğulayan Bayden, "Seçkidə demokratiya olacaq, azadlığınız seçki bülletenində olacaq" deyib. O, öz sözləri ilə seçiciləri ona səs verməyə çağırıb.

Konqresə basqında Trampın məsuliyyət daşıdığını iddia edən Bayden, Amerika xalqının noyabrın 5-də keçiriləcək seçkilərdə yeri kimə verəcəyinə bu perspektivdən baxaraq qərar verəcəyini bildirib.

Trampın 2020-ci ildən sonra bir çox davanı uduzduğunu və siyasi olaraq müdafiə etdiyi bir çox mövzuda səhv etdiyini iddia edən Bayden, "Tramp respublikaçıların nəzarətində olan ştatlarda belə iddiaları uduzdu. ABŞ Ali Məhkəməsi qarşısında da uduzdu" ifadələrini işlədib.

Noyabrın 5-də keçiriləcək 60-cı ABŞ prezident seçkilərində Baydenin Demokrat namizəd olacağı gözlənilsə də, Trampın adı respublikaçı namizədlər arasında böyük fərqlə irəlidə görünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu