Nikki Heyli: Bayden bir fəlakətdir, Trampa səs verəcəyəm


ABŞ prezidentliyi yarışında geri çəkilən Respublikaçılar Partiyasından Nikki Heyli noyabrın 5-də keçiriləcək prezident seçkilərində Donald Trampa səs verəcəyini açıqlayıb.


ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi və mart ayına qədər Trampın ən güclü rəqibi olan Heyli Hudson İnstitutunda iştirak etdiyi paneldə seçki prosesini dəyərləndirib.

Siyasətçi bildirib ki, bəzi fikirləri ilə razılaşmasa da, noyabrda keçiriləcək prezident seçkilərində demokrat Co Baydeni dəstəkləməsi mümkün deyil. "Tramp bəzi siyasətlərində mükəmməl deyil, bunu dəfələrlə demişəm. Amma Bayden bir fəlakətdir. Ona görə də Trampa səs verəcəyəm" - deyə o, qeyd edib.

Respublikaçılar Partiyasında Trampa qarşı ən uzun müddətli rəqib olan Heyli mart ayında keçirilən praymerizdə istədiyi nəticələri alamayınca yarışdan çəkildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu