Politico: "Trampın rəqibləri Heylinin ətrafında cəmləşirlər"


Keçmiş prezident Donald Trampın namizədliyinə qarşı çıxan Respublikaçılar Partiyasının tərəfdarları və üzvləri getdikcə daha çox ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Nikki Heylini dəstəkləyir.



Bu barədə “Politico” qəzeti yazıb.

Son həftələrdə Heyli partiya daxilində Trampa skeptik respublikaçılar, o cümlədən erkən səsvermə ilə ştatlarda donorlar və seçki rəsmiləri tərəfindən dəstək qazanıb.

"Politico" yazıb ki, Heylinin dəstəyinin artdığını ictimai rəy sorğularının nəticələri nümayiş etdirir. Belə ki, Nyu-Hempşir və Cənubi Karolina ştatlarında o, Respublikaçılar Partiyasında Trampın əsas rəqibi sayılan Florida qubernatoru Ron DeSantisi qabaqlayıb. Ayova ştatında Heyli və DeSantis bərabər şəkildə dəstəklənir. Bununla belə, hər iki namizəd populyarlıq baxımından Trampdan aşağıdır.

Qəzet yazır ki, Heyli və komandası bir neçə ay ərzində müstəsna olaraq DeSantisə məxsus olan yarışda ikinci yer tutmaq hüquqlarını açıq şəkildə bəyan ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu