The Washington Post : "Baydenin impiçmenti üçün heç bir əsas yoxdur"
Nümayəndələr Palatasının spikeri Mayk Conson ABŞ prezidenti Co Baydenin impiçmentinə başlamaq üçün kifayət qədər dəlil görmədiyini bildirib.
Bu barədə The Washington Post (WP) məlumat yayıb.
Qeyd olunur ki, Conson seçkiqabağı reytinqlərinin aşağı olmasını nəzərə alaraq, Amerika liderinin hakimiyyətdən uzaqlaşdırılmasına cəhd etməyi siyasi imperativ hesab etmir.
Bundan əvvəl Conson Baydenə impiçment elan edilməsinə icazə vermişdi. O qeyd edib ki, parlament komitəsi müvafiq pozuntuları müəyyən edərsə, impiçment mümkündür.
Sentyabrda ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti Baydenə qarşı impiçment prosesinin bir hissəsi kimi təhqiqata başlandığını elan etmişdi. O, həmçinin Ağ Ev rəhbərini və onun komandasını istintaqda əməkdaşlığa çağırıb.