ABŞ Nümayəndələr Palatasının Komitəsi daxili təhlükəsizlik nazirinə qarşı impiçment maddələrini təsdiqləyib


ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsi daxili təhlükəsizlik naziri Alejandro Mayorkasın immiqrasiya siyasətinə görə hazırladıqları impiçment maddələrini təsdiqləyərək Nümayəndələr Palatasının Baş Assambleyasına göndərib.



Respublikaçıların çoxluq təşkil etdiyi Daxili Təhlükəsizlik Komitəsi çərşənbə axşamı bütün günü Mayorkas üçün hazırlanmış impiçmentin iki maddəsini müzakirə edib.

Yerli vaxtla gecə yarısından sonra komitə Mayorkasla bağlı maddələri respublikaçı üzvlərin səsi ilə təsdiqləyərək Nümayəndələr Palatasının Baş Assambleyasına göndərib.

Nümayəndələr Palatasının Baş Assambleyasının sözügedən maddələrə nə vaxt səs verəcəyi hələ bəlli olmasa da, mediada yayılan xəbərlər səsvermənin gələn həftə keçirilə biləcəyini göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu