ABŞ Konqresinin Nümayəndələr Palatasında 4-cü turda da spiker seçilmədi
ABŞ Konqresinin Nümayəndələr Palatasının 4-cü turunda da spiker seçkisi baş tutmayıb.
AFN.az xəbər verir ki, Nümayəndələr Palatasında dünən başlayan spiker seçkilərində böhran böyüyür. ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasında davam edən spiker seçkilərində artıq 4 turdur ki, heç bir nəticə əldə olunmur. Seçkilərdə tanınmış demokratların dəstəklədiyi Hakim Cefris 212, Respublikaçı Kevin Makkarti 201 və Respublikaçı namizəd Bayron Donalds 20 səs toplayıb.
Nümayəndələr Palatasının spikerinin 4-cü turda seçilə bilməməsinin ardından 5-ci turda səsvermə prosesi başlayıb.
2022-ci il noyabrın 8-də ABŞ-da keçirilən aralıq seçkilərdən sonra Respublikaçılar Nümayəndələr Palatasındakı 435 yerdən 222-ni qazanaraq çoxluğu qazandılar. Nümayəndələr Palatasının yeni sədrini seçmək üçün səsvermədə altı namizəd mübarizə aparıb və heç bir namizəd spiker olmaq üçün lazım olan ən azı 218 səsi toplaya bilməyib. Ölkə tarixində 100 ildə ilk dəfə Nümayəndələr Palatasının sədri birinci turda seçilməyib.