ABŞ Konqresi 6-cı dəfə spiker seçə bilmədi


Respublikaçıların lideri Kevin Makkarti altıncı dəfə ABŞ-ın Nümayəndələr Palatasının spikeri seçilmək üçün lazımi səsləri toplaya bilməyib.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yanvarın 3-də konqresmenlər səsvermənin üç mərhələsini keçiriblər. Vaşinqton vaxtı ilə yanvarın 4-də Nümayəndələr Palatası spiker seçmək üçün dördüncü, beşinci və altıncı cəhdlərini edib. Hər dəfə bir qrup radikal respublikaçı partiya tərəfdaşını dəstəkləməkdən imtina edib. Nəticədə, səsvermənin yanvarın 5-də günortaya (Bakı vaxtı ilə 21:00) təxirə salınması qərara alınıb.
Bu, 100 ildə ilk dəfədir ki, Nümayəndələr Palatasının sədrinin seçilməsi bir turla məhdudlaşmır. 1923-cü ildə seçilmək üçün doqquz tur lazım olub. Altıncı turun sonunda Makkarti lazım olan 218 səsdən 201-ni toplayıb. Respublikaçıların digər nümayəndəsi Bayron Donalds 20 səs toplayıb. Onun namizədliyi Makkartiyə dəstək verməkdən imtina edən partiya üzvləri tərəfindən irəli sürülüb.
Respublikaçıların rəqibi, demokrat Hakim Ceffreys bütün fraksiya üzvlərinin səsisni toplayıb. Onun namizədliyini 212 nəfər demokrat dəstəkləyib.
Qeyd edək ki, Makkarti bundan əvvəl namizədliyini geri götürməyəcəyini və qalib gələnə qədər prosedurda iştirak etmək niyyətində olduğunu bəyan edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu