Trampın impiçmenti ilə bağlı səsvermə yaxınlaşır




ABŞ prezidenti Donald Trampın impiçment prosesi bazar ertəsi Nümayəndələr Palatasının onu "çoxsaylı federal cinayətlər"də ittiham etməsi ilə daha mübahisəli xarakter alıb.



"İmpiçment mistifikasiyası Amerika siyasəti tarixində ən böyük dələduzluqdur. Saxta media kimi tərəfdaşları ilə demokratlar vahid respublikaçılara həyat qurmağa və bunu mümkün qədər çətinləşdirməyə çalışır!" - deyə,Tramp Twitter hesabında yazıb.

Demokratların nəzarətində olan Nümayəndələr Palatası çox ehtimal ki, çərşənbə günü Trampı impiç edəcək.

“Prezident Trampın impiç edilməsinə bəraət qazandırmaq üçün onun əməlləri cinayətkarlıq kimi qiymətləndirilmir, onun davranışı kriminallıqdır”- deyə, demokratlar bildirib.

Onlar prezidentin “vətənə xəyanət” etdiyinə görə hakimiyyətdən uzalqaşdırılmasını vacib hesab edir.

ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi Trampa qarşı iki impiçment maddəsini təsdiqləyib.

Demokrat qanunvericilər hesab edir ki, Tramp Ukrayna hökumətinə 2020-ci ildə başlıca Demokrat rəqibi ola biləcək Co Bayden üzərində təhqiqat aparmaq üçün təzyiq göstərib və bu məqsədlə ABŞ vergiödəyənlərinin maliyyə vəsaitlərindən sui-istifadə edib.

Onlar Trampın hərəkətlərini qeyri-qanuni olaraq xarici dövlətin ABŞ seçki prosesinə cəlb olunması kimi qiymətləndirir.

Beləliklə, ABŞ-ın 243 illik tarixində impiç edilən 45-ci prezident 3-ü dövlət başçısı olacaq.

ABŞ-ın tarixdə iki prezidenti - 19-cu əsrdə Endrü Cekson və 20 il bundan əvvəl Bil Klinton impiç edilsələr də, Senatda bəraət qazanmış və hakimiyyətdə qalmışdılar.

Trampın Senatda məhkum ediləcəyi gözlənilmir, belə ki, 100 nəfərlik palatada 67 lehinə səs almaq üçün azı 20 respublikaçının Trampa qarşı çıxması lazımdır.

Trampın sözçüsü Stefani Qrişam demokratların prezidentə qarşı arqumetlərinə hücuma keçərək deyib ki, “xoşbəxtlikdən Amerika xalqı bu pariyanın utanmazlığını görə bilir.”

Nümayəndələr Palatası və Ağ Ev arasında söz güləşinin davam etdiyi bir vaxt Senatın demokrat lideri Çak Şumer Makkonnelə məktub ünvanlayaraq, Tramp administrasiyasının 4 aparıcı üzvünün dinləmələrdə iştirak etməsini istəyib.

Senatın əksəriyyət lideri Mitç Makkonnel isə ötən həftə Fox News-a Trampın impiçment şansının "sıfır" olduğunu deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu