ABŞ Nümayəndələr Palatasının spikeri Netanyahunu Konqresə dəvət etməkdə israrlıdır


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xan İsrailin baş naziri Binyamin Netanyahuya qarşı müharibə cinayətlərinə görə “həbs orderi” verilməsi üçün müraciət etsə də, Netanyahunu Konqresə çıxış etməyə dəvət etməyə davam edəcək.


ABŞ mətbuatında yer alan xəbərlərə görə, Conson jurnalistlərə bildirib ki, onlar Demokrat Partiyasının çoxluq lideri senator Çak Şumeri Netanyahunu Konqresdə çıxış etməyə dəvət edən məktubu imzalamağa çağırıblar.

"Şumerin ofisinə ortaq dəvət məktubunun imzalanması lazım olduğunu çatdırdıq, bunun üçün çərşənbə axşamı axşama qədər ona vaxt verilib" - deyə Conson əlavə edib.

Şumerin məktuba cavab verməməsi səbəbindən Netanyahunun hələ dəvət edilmədiyini vurğulayan spiker bildirib ki, senatorun məktubu imzalamağa razı olmadığı təqdirdə də İsrailin baş naziri Konqresə dəvət ediləcək.

Parlament sədri ilə məsələni müzakirə etdiyini bildirən Şumer, "Hər zaman dediyim kimi, İsraillə əlaqələrimiz möhkəmdir və istənilən baş nazir və ya prezidenti üstələyir" - deyə açıqlama verib.

Demokratik Partiyanın lideri Şumer bundan əvvəl İsraildə yeni seçkilərin keçirilməsini tələb etmiş və Netanyahunun rəhbərliyini sərt tənqid etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu