Nensi Pelosi Netanyahunu istefaya çağırıb


ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, demokrat deputat Nensi Pelosi İsrailin baş naziri Binyamin Netanyahunun illərdir iki dövlətli həll yolunda əngəl törətdiyini və onun istefaya getməli olduğunu deyib.


ABŞ Konqresinin yüksək vəzifəli üzvü və Nümayəndələr Palatasının keçmiş spikeri Pelosi İrlandiyada televiziya kanalına müsahibəsində Qəzzada son vəziyyəti dəyərləndirib.

Pelosi ABŞ-ın hər baxımdan İsrailin təhlükəsizliyinə sadiq olduğunu, lakin Netanyahunun 7 oktyabr 2023-cü ildən sonra tətbiq etdiyi üsullarla razılaşmadıqlarını vurğulayıb.

"Biz İsrailin özünümüdafiə hüququnu tanımalıyıq. Biz Netanyahunun siyasət və əməllərini rədd edirik. Edilənlər dəhşətlidir, onun cavabından daha pis nə edilə bilərdi?" - deyən Pelosi Qəzzada dağıntıların nəhəng olduğunu ifadə edib.

Pelosi bildirib ki, o, Konqresdə həmişə İsrailin maraqlarını müdafiə edib, lakin bugünkü vəziyyət aydındır.

Maraqlıdır ki, ABŞ Nümayəndələr Palatası bu yaxınlarda İsrailə 26 milyard dollarlıq yeni yardım paketini təsdiqləyərkən, Pelosi sözügedən paketə "hə" deyən deputatlar arasında olub.

Sözügedən paketin bu həftə Senatda müzakirə edilərək qəbul ediləcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu