Çindən Netanyahuya isti mesaj...
Çin prezidenti Si Cinpin kitabının imzalı surətini İsrailin baş naziri Benyamin Netanyahuya göndərib.
İsrail baş nazirliyinin Tvitter hesabından verilən açıqlamaya görə, Çinin Tel-Əvivdəki səfiri Cai Run Netanyahunu ziyarət edərək Çin liderinin kitabını təqdim edib.
Si Cinpinin mesajını çatdıran səfir bildirib ki, o, İsrail baş nazirinin Çin-İsrail münasibətlərinə dair kitabında yazdıqlarını böyük maraqla oxuyub və yüksək qiymətləndirib. Səfir həmçinin bildirib ki, prezident Si bu ilin sonunda Pekində baş nazir Netanyahu ilə görüşü səbirsizliklə gözləyir.
İsrailin baş naziri ötən ay Pekin administrasiyasından Çinə rəsmi səfərə dəvət aldığını bildirib.
Planlaşdırılan səfərin Netanyahunun Çinə dördüncü səfəri olacağı gözlənilir.
Maraqlıdır ki, Netanyahunun Pekinlə münasibətlərindəki sürət Vaşinqtonla Təl-Əviv administrasiyası arasında soyuq küləklər dövrünə təsadüf edib.
Vaşinqton-Təl-Əviv xəttində İsraildə kütləvi etirazlara səbəb olan mübahisəli məhkəmə tənzimləməsi, koalisiya hökumətində mühüm rol oynayan ifrat sağçı fiqurlar və izlənilən siyasətlər səbəbindən zaman-zaman gərginlik yaranır.