İsraildə fövqəladə hökumətə Liberman da qoşulub


İsrailin keçmiş maliyyə naziri Aviqdor Libermanın baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “fövqəladə hökumət”ə qatıldığı açıqlanıb.


İsrail mətbuatında çıxan xəbərlərdə, Baş nazir Netanyahunun "İsrail Beytanu" (İsrail Evimiz) Partiyasının lideri Libermanı fövqəladə hökuməti formalaşdıran təhlükəsizlik kabinetinə dəvət etdiyi və ona nazirlik təklif etdiyi bildirilib.

Libermanın bu dəvəti qəbul etdiyi qeyd edilib.

İsrail parlamenti dünən “fövqəladə hökumət”in yaradılmasını təsdiqləyib.

Parlamentdən verilən açıqlamada “Qəzza zolağı ilə müharibə zamanı fəaliyyət göstərəcək fövqəladə vəziyyət hökumətinin 64 millət vəkilinin dəstəyi və 4 əleyhinə səslə təsdiqləndiyi” - deyə bildirilib.

İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, hökumət İsrailin baş naziri Netanyahu ilə müxalifətçi Benni Qantz arasında Gantz partiyasının (mavi-ağ) 5 üzvünün nazir vəzifəsini icra edəcəyi razılaşma əsasında formalaşıb.

İsrailin əsas müxalifət lideri və keçmiş baş nazir Yair Lapid bu hökumətə qoşulmaqdan imtina edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu