İsrail HƏMAS-dan əsirləri geri almaq üçün əlindən gələni edəcək - Benni Qants
İsrailin baş naziri Binyamin Netanyahu ilə “fövqəladə hökumət” yaratmaq üçün razılaşan müxalifətdəki Milli Birlik Partiyasının lideri Benni Qants HƏMAS-ın əlində olan israilli məhbusları geri almaq üçün əllərindən gələni edəcəklərini bəyan edib.
İsrail Ordusu Radiosunun xəbərinə görə, müxalif Milli Birlik Partiyasının lideri Benny Qants, bu barədə fövqəladə hökumətin yaradılmasının elan edildiyi mətbuat konfransında bildirib.
Görüşdə Qantsdan başqa Netanyahu və İsrailin müdafiə naziri Yoav Qallant da iştirak edib.
Qants, "Burada bir yerdə olmağımız düşmənlərimizə və bütün İsrail vətəndaşlarına "səfərbərlik halındayıq" mesajıdır. Narahat olan vətəndaşlarımızın qorxularını və ağrılarını anlayıram, amma təsəlli verəcək söz tapa bilmirəm. İsrail regionun ən güclü ölkəsidir və ən güclü ordusuna malikdir. Bu gücü Qəzzada, lazım gələrsə Livanda da hiss etdirəcəyik və bütün dünya görəcək." deyə bildirib.
HƏMAS-ın saxladığı israilli əsirlərdən danışan Qants, "Sevdiklərimizi vətənlərinə qaytarmaq üçün əlimizdən gələni edəcəyik" deyə vurğulayıb.
Qeyd edək ki, Qantsın açıqlaması İsrailin HƏMAS-ın əlində saxladığı əsirlərlə bağlı verdiyi ilk rəsmi açıqlama olub.