Netanyahu: İsrailin Qəzzanı işğal etmək niyyəti yoxdur, lakin...


İsrail HƏMAS-ı məğlub etdikdən sonra Qəzza zolağını fəth etmək, işğal etmək və ya idarə etmək niyyətində deyil, lakin lazım gələrsə, yaraqlılardan gələn təhlükənin qarşısını almaq üçün etibarlı qüvvələr anklava daxil olmalıdır.


Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. “Biz Qəzzanı fəth etməyə, Qəzzanı işğal etməyə, Qəzzanı idarə etməyə çalışmırıq”, - deyə Netanyahu "Fox News"a müsahibəsində bildirib. “Düşünürəm ki, Qəzzanın gələcəyinin necə olacağı aydındır: bu döyüşün sonunda HƏMAS olmayacaq, biz HƏMAS-ı təkcə özümüz üçün deyil, hamı üçün, sivilizasiya naminə, fələstinlilərin və israillilərin xatirinə məhv edəcəyik. Biz Qəzzanın demilitarizasiyasını, deradikalizasiyasını və yenidən qurulmasını görməliyik və bütün bunlara nail olmaq olar” - o vurğulayıb.

BBC xəbər verir ki, Netanyahunun qeyri-müəyyən müddətə Qəzzanın təhlükəsizliyinə İsrailin cavabdeh olacağına dair açıqlamaları İsrailin əsas müttəfiqi olan ABŞ-ın mənfi reaksiyasına səbəb olub.

Vaşinqton Qəzzanın müharibədən sonrakı işğalına qarşı çıxıb və anklavın fələstinlilər tərəfindən idarə edilməli olduğunu bildirib.

Netanyahu bildirib ki, Qəzzada hökumət qurulmalıdır, lakin İsrail 7 oktyabr hücumu kimi hücumun bir daha təkrarlanmaması üçün əlindən gələni edəcək.

“Beləliklə, lazım gələrsə, Qəzzaya girəcək və qatilləri zərərsizləşdirəcək etibarlı qüvvələrə malik olmalıyıq. Çünki bu, HƏMAS kimi strukturun dirçəlməsinə mane olacaq”, - deyə İsrailin baş naziri əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu