Netanyahu HƏMAS-ı təkcə İsrail üçün deyil, həm də Qərb üçün təhlükə adlandırıb
İsrail HƏMAS qruplaşmasını tamamilə məhv etməyi hədəfləyir, çünki əks halda bu, təkcə Yaxın Şərq üçün deyil, Qərb ölkələri üçün də təhlükə yaradacaq.
AFN.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib. “Biz təkcə özümüz üçün deyil, Yaxın Şərq, ərəb qonşularımız naminə qalib gəlməliyik... Əgər indi qalib gəlməsək, növbəti Avropa və siz (ABŞ) olacaqsınız”, - deyə Netanyahu Amerikanın "Fox News" kanalına müsahibəsində qeyd edib.
“Hər bir Amerika, hər bir sivil ölkə təhlükə altında olacaq. Biz qalib olmalıyıq. Və heç nə qələbəni əvəz edə bilməz. Yalnız tam qələbə”, - İsrailin baş naziri qeyd edib. O, yenidən bütün İsrail girovları azad edilmədən atəşkəsə qarşı çıxıb. Baş nazirin sözlərinə görə, bu, İsrailin Həmas-a təslim olması demək olardı.
Netanyahu müxtəlif ölkələrdə fələstinlilərə dəstək nümayişlərinə də münasibət bildirib və təzyiqlərə boyun əyməyəcəklərini deyib.