“Netanyahunun karyerası sona çatır” - Mümkün varislər AÇIQLANDI


ABŞ prezidenti Co Bayden hesab edir ki, İsrailin baş naziri Benyamin Netanyahunun karyerası sona çatır.



AFN.az xəbər verir ki, bu barədə "Politico" Ağ Evdəki mənbələrə istinadən yazıb.

Amerikalılar hesab edirlər ki, Netanyahu 1,4 min insanın ölümünə görə məsuliyyət daşıyanlar arasında olacaq.

"ABŞ-da Netanyahunun Baş nazir vəzifəsində sayılı günlərinin qaldığını və bir neçə ay öz postunda qala biləcəyini hesab edirlər", - məlumatda deyilir.

Nəşr vurğulayır ki, Bayden Netanyahu ilə karyera perspektivlərini və mümkün varisini müzakirə edib. Bu vəzifə üçün Ağ Ev keçmiş baş nazir Naftali Bennett, İsrail Müdafiə Nazirliyinin keçmiş rəhbəri Benni Qantz və müxalifət lideri Yair Lapidi nəzərdən keçirir.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail “Dəmir qılınclar” əməliyyatına başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu