Netanyahu: İsrailin cavabı Yaxın Şərqi dəyişəcək
İsrailin hücuma cavabı Yaxın Şərqi dəyişəcək.
AFN.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. O bildirib ki, İsrailin fələstinli silahlıların misli görünməmiş çoxtərəfli hücumuna cavabı Yaxın Şərqi dəyişəcək.
Baş nazirlikdən verilən açıqlamaya görə, Netanyahunun mesajı cənub sərhəd şəhərlərinin bələdiyyə başçıları ilə danışdığı görüşdə verilib.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb.
Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib.
Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.