İsrailin müdafiə naziri: HƏMAS böyük səhv etdi


İsrailin müdafiə naziri Yoav Qallant HƏMAS-ın İsrailə hücumla böyük səhv etdiyini deyib.


"HƏMAS bu səhər böyük bir səhv etdi. İsrail bu müharibədə qalib gələcək" - deyə Qllant bildirib.

Müdafiə naziri Qəzza zolağında fəal Fələstinin müqavimət hərəkatı HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi raket hücumları və sızma əməliyyatı ilə bağlı video mesaj yayımlayıb.

İsrail vətəndaşlarını təhlükəsizlik təlimatlarına əməl etməyə çağıran Qallant, İsrailin bu müharibədə qalib gələcəyini deyib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları bu gün səhər tezdən İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başladıqlarını və İsrailə sızma əməliyyatı ilə raket hücumları həyata keçirdiklərini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu