HƏMAS yenə Təl-Əvivi atəşə tutdu
HƏMAS İsrailin paytaxtı Təl-Əviv şəhərini raket atəşinə tutub.
AFN.az Trend-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın "Telegram" kanalında məlumat verilib.
"İzzəddin əl-Kassam briqadası"nın döyüşçüləri düşmənin mülki əhalinin nümayəndələrini kütləvi qətlinə cavab olaraq raket zərbəsi endirir", - məlumatda deyilir.
Raket hücumları ilə əlaqədar olaraq İsrailin mərkəzində hava həyəcanı siqnalları işə düşüb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.