İsrail ordusu Qəzzada "Əl-Şifa" xəstəxanasını mühasirəyə aldı


İsrail hərbçiləri Qəzza zolağında "Əl-Şifa" xəstəxanasını mühasirəyə alıb.



AFN.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin tankları tibb müəssisəsinin ərazisinə daxil olub.

İsrail kəşfiyyatının məlumatına görə, HƏMAS-ın əsas komanda qərargahı bu xəstəxananın ərazisində yerləşir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu