İsrailin müdafiə naziri Qəzzanın tam mühasirəyə alınmasını əmr edib
İsrail Qəzzanı tam mühasirəyə alacaq.
Bu barədə İsrail müdafiə naziri Yoav Qallant əmr verib.
“Mən Qəzzanın tam mühasirəyə almağı əmr etmişəm. Oraya nə elektrik, nə qida, nə yanacağın təchizatı olacaq”, - nazir qeyd edib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.