Azərbaycandan İsrailə növbəti aviareysin tarixi açıqlandı


Azərbaycandan İsrailə növbəti aviareysin tarixi açıqlanıb.



Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində məlumat verilib.

Bildirilib ki, İsrailə növbəti uçuş oktyabrın 18-nə gözlənilir.

Uçuşun detalları ilə bağlı məlumat İsrail Hava Yollarının saytına yerləşdirilib və sərnişinlər bilet ala bilərlər.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu