İsraildə 9 ABŞ vətəndaşı həlak olub, 10 britaniyalı itkin düşüb


İsraildə baş verən hadisələr fonunda 9 Amerika Birləşmiş Ştatları (ABŞ) vətəndaşı həlak olub.


AFN.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson məlumat verib.

"BBC"nin məlumatına görə isə İsraildə, həmçinin 10-dan çox britaniyalı ölüb, yaxud itkin düşüb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu